"Sumqayıt Şəhər" adını dəyişir

İDMAN
00:38 19.12.2011
2379

2012-ci ilin yanvar ayından klub “Sumqayıt” adlandırılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Sumqayıt Şəhər” adını dəyişdirməyə hazırlaşır. Sumqayıt şəhərinin təmsilçisi 2012-ci ilin yanvar ayından etibarən “Sumqayıt” adlandırılacaq.

Klub prezidenti Kamran Quliyev sözügedən məsələ ilə bağlı bunları deyib: “Premyer Liqanın startı ərəfəsində biz bəzi səbəblərdən klubun adı ilə bağlı istəyimizə nail ola bilmədik. Çünki o vaxt hələ bütün hüquqlar bizdə deyildi. Buna görə də klub elə “Sumqayıt Şəhər” olaraq qaldı. Amma artıq bütün problemlər yoluna qoyulub və 2012-ci ilin əvvəlindən etibarən komandamız “Sumqayıt” adını daşıyacaq. Çünki Sumqayıt futbolu Azərbaycan çempionatlarında məhz bu adla tanınıb, təmsil olunub. Özü də məhz yanvar ayından etibarən bu klub futbol klubu adını daşımağa başlayacaq”.

//Azerisport

OXŞAR XƏBƏRLƏR