Sumqayıta gedənlər saatlarla yolda qaldı - İki qurumdan bir-birini təkzib edən açıqlamalar

Sumqayıta gedənlər saatlarla yolda qaldı - İki qurumdan bir-birini təkzib edən açıqlamalar
SOSİAL
17:06 27.10.2017
1020
Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər sakinləri məlumat verib.

Məlumata görə, bu gün səhər saatlarından etibarən 985 (Binəqədi-Novxanı-Sumqayıt), 12b və 522 (Saray-Sumqayıt) və 12 (Xırdalan-Saray-Sumqayıt) saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobusları isə cərimə meydançalarına aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin şöbə müdiri Namiq Əliyev bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib: "Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onlar şəhərə buraxılmır. Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, Saray və Xırdalandan gələnlər isə Saray qəsəbəsindən. Həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə girişi qadağan ediləcək".

"Sumqayıt Nəqliyyat" MMC-nin direktoru Xannı Rüstəmov isə şöbə müdirinin dediklərini təkzib edib. X.Rüstəmov bildirib ki, avtovağzaldan-avtovağzala yalnız Bakı-Sumqayıt marşrutları işləməlidir: "Saray, Novxan, Xırdalandan Sumqayıta hərəkət edən marşrut avtobuslarına bu qaydalar tətbiq edilmir: Sadəcə, həmin marşrut avtobuslarının bəziləri kiçik həcmli və köhnə, standartlara cavab verməyən mikroavtobuslardır. Həmin marşrut avtobuslarında həmçinin natəmizlik hökm sürür və bu barədə dəfələrlə bizə sərnişinlərdən şikayətlər daxil olub. Bu səbəbdən həmin marşrutların fəaliyyətini müvəqqəti dayandırmışıq. Əgər sahibkar xəttə iritutumlu avtobuslar buraxarsa, marşrutların fəaliyyəti bərpa olunacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
16:14 27.08.2025
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Sabah üç rayonda qaz olmayacaq
16:13 27.08.2025
Sabah üç rayonda qaz olmayacaq
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
16:04 27.08.2025
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
16:01 27.08.2025
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Məşhur cütlük boşandı
15:58 27.08.2025
Məşhur cütlük boşandı
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
15:55 27.08.2025
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı