Sumqayıtda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü T.H (Ad şərtidir) vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.











































