Ötən gün Sumqayıt şəhərində 40 yaşlı kişi tanışını boğub öldürüb. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gecə Nəsimi adına dənizkənarı parkda qeydə alınıb.Sumqayıt şəhər sakini, 40 yaşlı Əli Səfərov aralarında yaranmış mübahisə zəminində tanışı, 49 yaşlı Mehman Səlimovu boğaraq qətlə yetirib. Sonradan o hadisə yerindən qaçıb. Lakin həyata keçirilən tədbirlər nəticəsində Ə.Səfərov tutulub.