Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində ciddi dəyişikliklər edilib
Sumqayıt şəhər İcra Hakimiyyətində müavinlər səviyyəsində mühüm təyinat və dəyişikliklər həyata keçirilib.
Şəhər İcra Hakimiyyətindən “Xeberler.com”-a verilən məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir sıra struktur dəyişikliklərinə imza atıb.
Belə ki, uzun illərdir icra başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri işləyən Tariyel Saleh oğlu Hacıyev vəzifəsindən azad edilib. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Sahib Quliyev isə Tariyel Hacıyevin yerinə təyin olunub.
Tariyel Hacıyev şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevin müavini təyin edilib.
Sumqayıta da xanım icra müavini təyin edilib. Belə ki, Sahib Quliyevin yerinə Lalə Zülfü qızı Hacıyeva təyin edilib, bundan sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri kimi məhz bu xanım çalışacaq.