Sumqayıtda iki nəfər dənizdə batdı

Sumqayıtda iki nəfər dənizdə batdı
Bütün Xəbərlər
13:33 30.07.2015
1309
DİN məlumat yaydı.
Daxili İşlər Nazirliyi Sumqayıtda iki nəfərin dənizdə batması faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 29-da Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanı və bacısı Gülbənizi xilas etməyə cəhd göstərib.
Nəticədə N.Musayeva və Q.Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR