Sumqayıtda orta məktəbdə yanğın hadisəsi baş verib. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Babək küçəsində Təhsil Nazirliyinə məxsus hər mərtəbəsi 2500 kv.m olan üç mərtəbəli orta məktəb binasının 3-cü mərtəbəsində 1-ci sinif otağı və içərisindəki əşyalar 30 kv.m sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.