Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır.
AQTA-dan AZXEBER.COM-a bildirilib ki, hadisə dərhal nəzarətə götürülüb və səbəblərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi, istifadə müddəti bitmiş şirniyyat məhsulunun səbəb olduğu ehtimal edilir.
Hazırda araşdırmalar davam etdirilir. Görülən tədbirlər və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.















































