Sumqayıtda məmur sakinlərin üstünə niyə silah çəkdi? - ÖZƏL

Sumqayıtda məmur sakinlərin üstünə niyə silah çəkdi? - ÖZƏL
Bütün Xəbərlər
16:41 26.08.2014
2434

Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçisi günün günorta çağı sahibsiz itləri silahla öldürürmüş.

Bu barədə AZXEBER.COM-a göndərdiyi məktubda Sumqayıt şəhərində yaşayan Süleymanov Anar adlı oxucumuz məlumat verib.  

Məktubda yazılıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında  silahlanmış şəxs  günün günorta çağında itləri güllələyib:

“Dəhşətlisi odur ki bu qəddarlıq uşaqların gözü qabağında baş verirdi.  İstəməzdik ki, bizim uşaqlarımız heyvanlara qarşı olan bu amansız və qəddarlıq atmosferində böyüsünlər. Müvaffiq orqanlara bu problemlə müraciət etdikdə,  buna çox laqeyid yanaşırlar. Deyirlər ki, bizim başqa çıxış yolumuz yoxdur və hər şey İcra Hakimiyyətinin səviyyəsində həll olunur. Sumqayıtda itlərin son güllələnməsi zamanı   bəzi sakinlər buna mane olmağa çalışırdılar, amma həmin adam tüfəngini onlara qarşı  tuşlayaraq, onlara hədə-qorxu gələrək təhqiramiz sözlər işlədib. Hətda bu faktı belə bəzi instansiyaların araşdırmasına maneçilik  göstərirdilər. Baxmayaraq ki, mən Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdim, indiyə kimi mənim şikayətimlə əlaqədar araşdırmanın nəticəsi barədə heç bir rəsmi cavab verilməyib”.

Sözegdən məktubda yazılan məlumatı dəqiqləşdirmək üçün AZXEBER.COM portalı olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin “İnformasiya təminatı və təhlil sektoru” ilə əlaqə saxladıq. Şöbənin müdiri Ayaz İmaməliyev portalımıza açıqlamasında belə bir hadisənin baş vermədiyini deyib:

“Belə bir hadisə baş verməyib. Amma bir neçə ay bundan öncə vətəndaşların müraciəti əsasında quduzlaşmış itlərdən biri öldürülmüşdü. Bu da şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edilmişdi. Hazırda bildiyiniz kimi ölkəmizdə sahibsiz itlərə xüsusi sığınacaqların yaradılması ilə bağlı bir praktika yoxdur. Ona görə biz bu məsələ ilə bağlı heç bir iş görə bilmərik. İcra hakimiyyətinin adından istifadə edərək vətəndaşlara silah çəkən məmurla da bağlı ümumiyyətlə məlumatımız yoxdur. Onu deyə bilərəm ki, bizim əməkdaşlardan heç kəs bu cür addım atmaz. Bu cür hərəkətlərin özü qanunlarla ziddiyət təşkil edir”. 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"