Təhsil Nazirliyi araşdırmaya başladı.
Sumqayıt şəhərində yerləşən 37 saylı məktəbdə 12 yaşlı şagird Pünhan Tanrıverdiyev sinif rəhbəri və sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilir.
AZXEBER.COM xəbər verir ki, bu sözləri uşağın anası, Sitarə Zəngəzurlu şəxsi Facebook profilində yazıb.
Xanım oğlunun şəklini paylaşaraq onun müəlliməsi tərəfindən döyüldüyünü bildirib:
“Sumqayıt şəhərində yerləşən 37 saylı məktəbdə təhsil alan oğlum “6B” sinif şagirdi Emin və sinif rəhbəri Gülşarə müəllimə tərəfindən döyülərək bu hala salınıb. Hazırda oğlumun vəziyyəti pisdir”.
Hadisə ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-a məsələnin araşdırıldığını və nəticəsi barədə məlumat veriləcəyini bildirdilər.

