Sumqayıtda Rok Festival keçiriləcək

GƏNCLİK
12:42 30.04.2013
1314

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Rok Festival-gənc rokçulara dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində rok festival keçiriləcək.

Festival Sumqayıt və Bakı şəhərində yaşayan gənc rok ifaçıların iştirakı ilə 19 may tarixində Sumqayıt Dövlət MusiqiliDram Teatrında baş tutacaq. Rok festivalda ümumilikdə 12 ifaçının iştirakı nəzərdə tutulub.

Layihənin icraçısıEyvaz Qocayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, məqsəd gənc rok ifaçılarının tanıdılması, onları gələcək fəaliyyətə stimullaşdırmaqdır: “Sumqayıt şəhəri ölkəmizdə rokun məskəni hesab olunur və bir zamanlar çox tanınmış rok qrup və ifaçıları məhz Sumqayıtdan çıxıb. Hazırda da kifayət qədər peşəkar və həvəskar rok ifaçıları vardır ki, festival çərçivəsində onların öz istedadlarını nümayiş etdirməsi üçün şərait yaradılacaq. Rok festivalın keçirilməsini istedadlı gənc rok ifaçıların həvəsləndirilməsi ilə yanaşı həm də roka olan marağın artırılması baxımından önəmli hesab edirik.”

OXŞAR XƏBƏRLƏR