Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlanıb

Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlanıb
SOSİAL
18:09 02.02.2023
187

Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bu barədə AZXEBER.COM-a "Azərsu" ASC-dən bildirilib.

Bildirilir ki, bir vətəndaşa məxsus donuzçuluq təsərrüfatının su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Təsərrüfat sahibi texniki şərt almadan və "Azərsu” ilə müqavilə bağlamadan sudan bolluca istifadə edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən və kafe kimi fəaliyyət göstərən 2 obyektin də su təchizatı özbaşına çəkilmiş xətt vasitəsilə aparılır. Obyektlərin sahibləri yaxınlıqda yerləşən binanın zirzəmisindən su götürürmüş.

"Nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər yaxınlıqdan keçən su xəttindən bir neçə yaşayış evinə qeyri-qanuni su xətti çəkiblər.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - məlumatda deyilir.

Qeyd edək ki, 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı "Azərsu” ASC tərəfindən 10 525 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 724 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Son bir ildə Sumqayıt Sukanal İdarəsi tərəfindən aşkarlanmış 526 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 127 min kubmetr sərfiyyat bərpa olunub. 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 225 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
Bakıda oğurluq edən şəxslər saxlanıldı
15:23 31.07.2026
Bakıda oğurluq edən şəxslər saxlanıldı
Qadın sərnişinlər üçün ayrıca vaqon: Hansı ölkələr bu üsula üstünlük verir?
15:19 31.07.2026
Qadın sərnişinlər üçün ayrıca vaqon: Hansı ölkələr bu üsula üstünlük verir?
Rusiya - Ukrayna müharibəsi bitmir - Orada təhsil alan tələbələrimizin aqibəti necə olacaq?
15:12 31.07.2026
Rusiya - Ukrayna müharibəsi bitmir - Orada təhsil alan tələbələrimizin aqibəti necə olacaq?
Bakıda bu ərazidə yanğın başladı
14:40 31.07.2026
Bakıda bu ərazidə yanğın başladı
Kiprdə SEPAH-a məlumatlar ötürən Azərbaycan vətəndaşı saxlanıldı
14:30 31.07.2026
Kiprdə SEPAH-a məlumatlar ötürən Azərbaycan vətəndaşı saxlanıldı