AZXEBER.COM-un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
22:10
Güclü yanğın zamanı dükanlarına girən 5 nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub
Sumqayıt şəhərində “karvan” ticarət mərkəzinsə axşam saatlarında başlayan yanğın hələ də davam edir. Yanğınsöndürənlər güclü yanğının qarşısını almaqda çətinlik çəkirlər.
FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlarına girən 5 nəfəri xilas edib. Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər.Sumqayıt şəhərinin ən böyük ticarət mərkəzi “Karvan”da güclü yanğın başlayıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın ticarət mərkəzi bağlandıqdan sonra – saat 19:30 radələrində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 4 yanğınsöndürən maşını cəlb olunub. Xilasedicilər alovun digər obyektlərə keçməsinin qarşısını almağa çalışırlar.
Yanğınla əlaqədar olaraq bir sıra yollar bağlanıb. Sumqayıt şəhərinin icra strukturlarının rəhbərləri də hadisə yerindədir.Xəsarət alanlarla bağlı məlumat yoxdur.


