Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb

Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb
SOSİAL
08:03 05.10.2026
201
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu idarə etdiyi "Kia Rio" markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl şəhərin 10-cu mikrorayon ərazisində də avtomobilin piyadanı vuraraq öldürdüyünə dair məlumat verilmişdi.
 
///report///

OXŞAR XƏBƏRLƏR