Simvolun quraşdırılma işi gedir. Həmin simvol Sumqayıt Texnologiyalar Parkında hazırlanıb, üzəri isə xromdandır. Avqustun 21-də sökülən üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan tuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət abidə şəhərin simvolu hesab olunurdu. Həmin abidənin sökülməsində birbaşa icra başçısının əmr verildiyi bildirilsə də, daha sonra simvol keyfiyyətinin itirdiyi üçün söküldüyü bildirilib.