Sumqayıtın icra başçısından aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi

Sumqayıtın icra başçısından aprel şəhidinin ruhuna hörmətsizlik: Yaşadığı binaya şəkilinin vurulmasına icazə vermədi
SOSİAL
13:12 25.03.2017
30680

Sumqayıt şəhər icra hakimiyyətinin işçiləri 2016-cı ilin aprel ayında cəbhədə baş verən toqquşmalarda şəhid düşən Seymur Baxışovun xatirə lövhəsini onun yaşadığı binaya vurulmasına icazə verməyiblər. 

 

AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı öz yazısında məlumat verib. Jurnalist Seymur Baxışovun həyat yoldaşı Aynurə xanımın ona zəng etdiyini və bu barədə çıxılmaz vəziyyətdə qaldığını bildirib. Jurnalist daha sonra vəzifəli bir şəxsin zənginin ardından icra başçısı Zakir Fərəcovun işçilərinin geri addım atdıqlarını qeyd edib. Jurnalist xanımın yazısını olduğu kimi təqdim edirik:

Mart ayının 22-si şəhid Seymur Baxışovun həyat yoldaşı Aynurə xanım  günorta saatlarında telefonuma təlaşla zəng vurub dedi ki, ötən ilin aprel döyüşləində şəhid olmuş əri, MAXE Seymur Baxışovun xatirə lövhəsini yaşadıqları 4-cu mikrorayon, 24 saylı binanın üzərinə vurmaq istəyərkən,  Sumqayıt şəhər icra hakimiyyətindən 4 maşın dolu kişi onların başının üstünü kəsdirərək, təcili surətdə işi dayandırmağı, xatirə lövhəsinin həmin binadan vurulmasının qanunazidd hərəkət olduğunu deyiblər. Və bu dörd maşındakı 10 nəfərdən artıq kişi, qadınların üzərinə qarğa-quzgun kimi hücum çəkiblər. Tələb ediblər ki, binanın qarşısında apardıqları işi təcili dayandırsaınlar. Və deyiblər ki, bu lövhə binanı uçura bilər, texniki qayadalara uyğun gəlmir, binaın bir tərəfinin əyilməsinə gətirib çıxaracaq... 
Qadın onlardan soruşur ki, bəs binaların alt və üst qatlarında bu qədər artırmalar,  layihələri pozub mağaza, salon, gəlirli obyektlər tikənlər şəhərin gözəlliyini, binaların  görüntüsünü pozmurmu... O tikintilər binaları təhlükəyə salmırmi?!  Kimdir ki, o gəlinin dediyini eşidən. Burada İvan Krılovun "Qurd və quzu” təmsilini xatırladım.   Təbii ki, telefonda ağlaya-ağlaya bu hadisəni mənə danışan dul qalan gəlinin hansı hallar keçirdiyini təsəvvür etmək çətin deyil.  Mən ƏRİ Vətən uğrunda döyüşdə həlak olub, Azərbaycana "Qalibiyyət” adlı misilsiz şərəf gətirən dul gəlindən soruşdum ki, niyə bu haqda vaxtında Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etməyiblər. Gəlin dedi ki, icra hakimiyyətinə bu sualla müraciət etsələr  də, qapıda gözləsələr  də onları qəbul edən olmayıb.  İndi isə öz hesablarına binanın yan divarını aqlay daşlarla suvayaraq, üzərinə bir xatirə lövhəsi vuranda qəzəbə gəliblər. Jurnalistləri köməyə çağırırdı, əlimdə Aprel döyüşləri haqqında kitab çap prosesində olduğundan, bu mühüm işi yarımçıq qoyub Sumqayıta gedə bilmədim. Naəlac qalan gəlin, şəhid ailələrinin problemi ilə bağlı, görüşlərin birində ona telefon nömrəsi vermiş, şəxsə zəng vurur. Həmin şəxs gəlini dinləyən kimi, Sumqayıtın aidiyyatı orqanlarına ya xəbərdarlıqmı edir, ya göstərişmi verir, nə olursa, bayaq şir-nər kimi üç qadının üstünə tökülüşən icra hümayəndələri quzuya dönürlər... Və bir anın içərisində "mələksimalı, xeyirxah” bəndələrə  dönüb, Baxışovlar ailəsinin qulluğunda hazır olduqlarını deyirlər. Hadisənin sonu yaxşılıqla bitir. Yalnız yuxarıdan olan göstərişdən sonra, əmrə hazır "şiri-nərlər”  geri çəkilərək, vətənimizə QALİBİYYƏT şərəfi gətirən, ölümündən sonra 17 gün  tabutunu  gözlədiyimiz Seymur Baxışovun  bu məhəllədə doğulub, bu evdə yaşamasını bildirən  lövhəni binaya vururlar. Yaxşı ki, sonu belə qurtardı. Ən azı, bu binaın qarşısından keçən insanlar oxuyacaqlar, unutmayacaqlar, soruşacaqlar, o günümüzün Qəhrəmanlıq xatirəsini yaşadan bir lövhə həmişə diqqət mərkəzində olacaq.

Bu gün xəbər saytlarından oxudum ki, Elçin Zahiroğlu ermənilərin Azərbaycan bazarına mal çıxardıqlarının üstünü açıb və bunu sübut edəndən sonra, onun üzərinə hücuma keçənlər olub, onu şər-böhtan atmada günahlandırıblar. Lakin Elçin Zahiroğlunun əlindəki "Made in ARMENİA” yazılan faktı kimsə incələmək istəmir ki, ay dadi bidad bu  torpaqlarımızın 20 faizini işğalda saxlayan, 25 ildir ki, insanlarımızı, arzularımızı məhv edən ermənilərin Azərbaycan bazarına yol açmasına  kim  imkan yaradıb? Bunun bir tərəfi də axı bizim ölkəmizin təhlükəsizliyinə təhlükə gətirir. Mən heç inanmaq istməirəm ki, OVS mağazalar şəbəkəsində Elçin Zahiroğlunun şəkil çəkdiyi məqamın görüntüsünü götürmək bu qədər çətin ola bilər? Yəni OVS mağazalar şəbəkəsini idarə edənlər, dövlətimizdən güclüdürlər?!  Mən inanmaq istəyirəm ki, bizim təhlükəsizlik, hüquq mühafizə orqanları sistemində hələ Vətən qeyrəti çəkən, şəhidlərimizin qanını almaq istəyən zabitlərimiz var. Və onlar, Azərbaycana ermənilərin istehsal etdiyi və ya, ermənilərin marağına uyğun olaraq Azərbaycan bazarına üzərində hərbi naxışlar olan malların kimlər tərəfindən gətirildiyini mütləq aşkar edərək, ictimaiyyətə xəbər verəcəklər. Vətənin bu müqəddəs savaşaında mücadilələr etdiyimiz halda, öz ciblərini, erməni qohumlarını düşünərək, Azərbaycana onların ticari sistemlərini yeridənlərin cəzasını verəcəklər.  Biz bu torpaqlar uğrunda qan tökmüşük,can vermişik...

Bu hadisədən narahatlığımı, nahaqdan dul qalmış bir şəhid gəlininin başına gətirilənlə başlamadım... Yəni bunu xatırlatmaq lazımdırmı ki,  o Seymuru da, Raqufu da, Əbsdülməcidi də... bu günə qədər minlərlə insanımızı ermənilər öldürüblər.  Niyə bizim bütün  "boz işlərimiz”  satışdan gedir? Nə zamana qədər satacağıq... dövlətin içərisində nə zamana qədər  sadə insanlarla alqı-satqı oyunu edəcəksiniz? Niyə bir şəhid ailəsinə bir xatirə lövhəsi vurmağa, ailəsini dolandırmaq üçün bir balaca mal tövləsi tikməyə, çadırdan çıxıb 5 sot yerdə ev tikib balalarını başına yığmağa torpaq vermirik, vəzifəli məmurların isə imartlərinin  sahəsi yüzlərlə kvadratmetr ,hasarlarının hündürlüyü artıq 7-8 metrə çatır... Ancaq o hasarların ətrafından aprel döyüşlərində ataları, qardaşları, oğulları həlak olanlar da keçir... Unutmayın ki, Azərbaycan prezidenti İlham Əliyev bizim Qalibiyyət savaşımızı qiymətləndirərək, Aprel döyüşlərində həlak olan oğullarımıza və həmin döyüşlərdə iştirak edənlərə  yüksək dəyər verdi. Lütfən, bunu unutmayın!!!

 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq