Sumqayltdakı dəhşətli yanğınla bağlı açıqlama

Sumqayltdakı dəhşətli yanğınla bağlı açıqlama
Bütün Xəbərlər
14:28 15.01.2015
756
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 14-də saat 12 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Teymur Bağırovun yaşadığı 2 mərtəbəli 7 otaqlı evdə yanğın baş verib.
Nəticədə 100 kvm. sahədə ev əşyaları yanıb, yanıq xəsarəti almış T.Bağırovun azyaşlı nəvəsi Elşən Bağırov və qonşusu Bəhlul İsmayılov xəstəxanaya yerləşdiriliblər.
Yanğın söndürüldükdən sonra T.Bağırovun qızı - Tovuz rayon sakini Ülviyyə Bağırovanın yanmış meyiti tapılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR