Süni intellekt həlləri ilə “Xocalıya ədalət gənclərin gözündə” müsabiqəsi keçirilir

GƏNCLİK
16:23 12.02.2024
3315

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət!” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən süni intellekt həlləri ilə "Xocalıya ədalət gənclərin gözündə” müsabiqəsi elan edilib.

AZXEBER.COM xəbər verir ki, müsabiqənin əsas məqsədi heç bir zaman unudulmayacaq Xocalı soyqırımını gündəlik həyatımızın bir hissəsinə çevrilən süni intellektdən istifadə edərək yaradıcı gənclərin gözü ilə işıqlandırmaq və gənclərin yaddaşına həkk etməkdən ibarətdir. Müsabiqədə bu sahəyə marağı olan 16-29 yaş arası həvəskar və peşəkar gənclər iştirak edə bilərlər.

Müsabiqə çərçivəsində əhatə edilən mövzular Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi,xüsusən də gənc nəsil tərəfindən unudulmaması və Vətən müharibəsindəki Şanlı Zəfərimiz sayəsində azadlığına qovuşan Xocalıya qayıdışın təsvir edilməsidir.

Müsabiqədə iştirak üçün şərtlər aşağıdakılardır:

-Təsvir süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə gəncin özü tərəfindən yaradılmalıdır.

-Hər bir iştirakçı maksimum 2 ədəd iş təqdim edə bilər.

-Təqdim edilən nümunələr ağ-qara və ya rəngli ola bilər.

-Təsvirlər yalnız yuxarıda qeyd olunan mövzuları əhatə etməlidir.

-Təsviri yaradarkən Xocalıya aid olan real foto və kadrlardan istifadə edilə bilər.

-Təsvirlər daha öncə heç bir yerdə nümayiş etdirilməməlidir.

-Müsabiqəyə göndəriləcək təsvirlərin keyfiyyəti yüksək olmalıdır.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Layihə çərçivəsində öz fikir və yaradıcılıqlarını nümayiş etdirmək istəyən gənclər https://bit.ly/justiceforkhojaly linki vasitəsilə müraciət edə bilərlər.

Müsabiqə üçün son müraciət tarixi 20 fevral 2024-cü il müəyyən edilmişdir.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq