“Süni intellekt insanı əvəz etməməlidir” – Deputat

“Süni intellekt insanı əvəz etməməlidir” – Deputat
SİYASƏT
14:42 24.09.2026
166
"Süni intellektdən istifadə zamanı müəyyən riskləri nəzərə almaq vacibdir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, məlumatların dəqiqləşdirilməsində süni intellekt köməyimizə çatır:

"Süni intellektdən daha çox köməkçi alət kimi istifadə edilməsinin tərəfdarıyam. Belə ki, bəzi məlumatlarla bağlı texniki dəstək, onların dəqiqləşdirilməsi, statistik məlumatların ümumiləşdirilməsi və s. baxımından süni intellekt köməyimizə çatır. Belə texnologiyaların düzgün tətbiqi əslində operativliyi, məlumatla işləmə imkanlarını və xidmətlərin səmərəliliyini artırır”. 

Parlamentari vurğulayıb ki, süni intellekt sistemləri yanlış məlumat əsasında qeyri-dəqiq nəticələr formalaşdıra bilər:

"Lakin süni intellektdən istifadə zamanı müəyyən risklərin də nəzərə alınması vacibdir. Süni intellekt sistemləri yanlış və ya natamam məlumat əsasında qeyri-dəqiq nəticələr formalaşdıra, konteksti tam nəzərə almaya və bəzi hallarda reallığı düzgün qiymətləndirməyə bilir. Buna görə məlumatların təhlükəsizliyi və dəqiqliyi xüsusi əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, ən optimal yanaşma süni intellektlə insan arasında əməkdaşlığa əsaslanan modeldir:

"Ən optimal yanaşma süni intellektlə insan arasında əməkdaşlığa əsaslanan modeldir. Yəni, əsas məqsəd insanı texnologiya ilə əvəz etmək deyil, insanın qərarvermə imkanlarını daha keyfiyyətli məlumat və müasir texnoloji alətlərlə gücləndirmək olmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR