“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”

“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
SOSİAL
16:53 02.07.2026
366
İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularından biri olub. İclasda "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edilib. 

Bildirilib ki, təhsil sahəsində həyata keçirilən rəqəmsallaşma tədbirləri ölkənin ümumi rəqəmsal inkişaf strategiyasının mühüm tərkib hissəsidir və gələcəkdə süni intellekt əsaslı tədris modellərinin tətbiqi bu istiqamətdə prioritet hədəflərdən biri olacaq.

İclasda qeyd olunub ki, son illərdə təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm nəticələr əldə edilib. Təhsil müəssisələrinin müasir rəqəmsal infrastrukturla təmin olunması, elektron xidmətlərin sayının artırılması, "Rəqəmsal məktəb” platformasının tətbiqi, elektron təhsil sənədlərinin istifadəyə verilməsi və şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş layihələr bu sahədə görülən işlərin əsas istiqamətlərini təşkil edir. 

Eyni zamanda, növbəti mərhələdə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası nəzərdə tutulur ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin inzibati yükünün azaldılması və fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsinə xidmət edəcək. Həyata keçirilən islahatlar Azərbaycanın təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılması və rəqəmsal gələcəyə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil eksperti Rasim Həsənzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, süni intellekt və rəqəmsallaşma bu günün reallığıdır:

"Süni intellekt və rəqəmsallaşma artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünyada baş verən texnoloji transformasiya təhsil sisteminin də mahiyyətini dəyişdirir. Əgər sənaye inqilabları iqtisadiyyatı yenidən formalaşdırdısa, süni intellekt dövrü təhsilin məzmununu, idarəetmə modelini və öyrənmə fəlsəfəsini yenidən müəyyənləşdirir. Buna görə də məsələ yalnız məktəblərin texnologiya ilə təmin olunması deyil, bütövlükdə təhsil ekosisteminin rəqəmsal transformasiyasıdır.


Hesab edirəm ki, bu transformasiyanın ən böyük üstünlüyü təhsilin daha fərdiləşdirilmiş, çevik və məlumatlara əsaslanan sistemə çevrilməsidir”.

O qeyd edib ki, süni intellekt bu fərqləri analiz edərək hər bir şagird üçün fərdi öyrənmə trayektoriyası formalaşdıra bilər:

"Uzun illər eyni proqramla, eyni metodlarla və eyni sürətlə tədris aparılırdı. Halbuki hər bir şagird fərqli öyrənir, fərqli maraqlara və bacarıqlara malikdir. Süni intellekt bu fərqləri analiz edərək hər bir şagird üçün fərdi öyrənmə trayektoriyası formalaşdıra bilər. Bu isə təhsildə keyfiyyəti artırmaqla yanaşı, şagirdlərin motivasiyasını və öyrənmə prosesinə cəlb olunmasını da gücləndirəcək”.

R.Həsənzadə vurğulayıb ki, süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək:

"Digər mühüm istiqamət müəllimin rolunun transformasiyasıdır. Cəmiyyətdə bəzən belə bir yanlış fikir formalaşır ki, süni intellekt müəllimi əvəz edəcək. Mən bu yanaşmanı doğru hesab etmirəm. Əksinə, süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək. Qiymətləndirmə, hesabatların hazırlanması, dərs planlarının tərtibi və digər proseslər avtomatlaşdırıldıqca müəllim daha çox vaxtını şagirdlə ünsiyyətə, yaradıcı fəaliyyətlərə, tənqidi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına sərf edə biləcək. Gələcəyin müəllimi informasiyanı ötürən deyil, öyrənmə prosesini idarə edən lider olacaq. Rəqəmsallaşma isə yalnız sinif otağı ilə məhdudlaşmır. O, təhsil idarəçiliyində də keyfiyyətcə yeni mərhələ yaradır. Bu gün təhsil sistemində böyük həcmdə məlumat toplanır. Əgər həmin məlumatlar düzgün analiz olunarsa, məktəblərin fəaliyyəti, şagird nailiyyətləri, müəllim performansı və tədrisin keyfiyyəti ilə bağlı qərarlar daha obyektiv və əsaslandırılmış şəkildə qəbul edilə bilər. Məlumatlara əsaslanan idarəetmə yanaşması problemlərin yaranmasını gözləmədən onları əvvəlcədən müəyyən etməyə və vaxtında həll yolları hazırlamağa imkan verir”.

Təhsil eksperti deyib ki, rəqəmsallaşma təhsildə əlçatanlığı və bərabər imkanları da genişləndirir:

"Bununla yanaşı, rəqəmsallaşma təhsildə əlçatanlığı və bərabər imkanları da genişləndirir. Coğrafi məsafələr artıq keyfiyyətli təhsilə maneə olmur. Müasir rəqəmsal platformalar vasitəsilə regionlarda yaşayan şagirdlər də yüksək keyfiyyətli tədris resurslarından istifadə edə, beynəlxalq kurslara qoşula və qlobal bilik məkanının bir hissəsinə çevrilə bilirlər. Bu, xüsusilə təhsildə inklüzivliyin və bərabər imkanların təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Texnologiyanın özü heç vaxt uğurun təminatı deyil. Ən müasir platformalar və süni intellekt alətləri belə onları pedaqoji baxımdan düzgün tətbiq edə bilən müəllim, rəhbər və təhsil siyasəti olmadan gözlənilən nəticəni verməyəcək. Buna görə də əsas investisiya yalnız texniki infrastruktura deyil, insan kapitalına, müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına, etik istifadə prinsiplərinin formalaşdırılmasına və məktəblərdə innovativ düşüncə mədəniyyətinin gücləndirilməsinə yönəldilməlidir”

O bildirib ki, süni intellekt və rəqəmsallaşma daha keyfiyyətli şəkildə biliyə nail olmağa imkan yaradacaq:

"Gələcəyin uğurlu təhsil sistemi texnologiyanı mərkəzə qoyan deyil, insanı mərkəzdə saxlayaraq texnologiyadan səmərəli istifadə edən sistem olacaq. Süni intellekt və rəqəmsallaşma təhsilin əsas məqsədini dəyişmir, onlar sadəcə bu məqsədə daha effektiv, daha şəffaf və daha keyfiyyətli şəkildə nail olmağa imkan yaradır. Əsas vəzifəmiz isə bu imkanlardan düzgün istifadə edərək yaradıcı, tənqidi düşünən, rəqəmsal bacarıqlara malik və qlobal çağırışlara hazır yeni nəsil yetişdirməkdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu