Süni intellektdən ən çox nə soruşurlar? - Nəticələr təəccübləndirdi - VİDEO

Süni intellektdən ən çox nə soruşurlar? - Nəticələr təəccübləndirdi - VİDEO
SOSİAL
23:15 15.06.2026
858
Süni intellektdən istifadə sürətlə artsa da, istifadəçilərin ona ünvanladıqları sualların böyük hissəsi şəxsi həyatla bağlıdır.
Mövzu ilə bağlı son statistik göstəricilər göstərir ki, süni intellektə edilən müraciətlərin 55 faizi şəxsi, 30 faizi isə işgüzar məsələlərlə əlaqədardır.

AZXEBER.COM "Xəzər" TV-yə istinadən xəbər verir ki, vətəndaşlar süni intellektdən əsasən gündəlik həyat, təhsil, səyahət, investisiya, sağlamlıq və müxtəlif araşdırmalarla bağlı suallar vermək üçün istifadə etdiklərini bildirirlər.

Bəzi istifadəçilər yol istiqamətlərinin müəyyənləşdirilməsi, tarixi və coğrafi məlumatların əldə olunması, eləcə də riyazi məsələlərin həlli üçün süni intellektə müraciət etdiklərini qeyd edirlər. Digərləri isə uşaqların sağlamlığı, ailə məsələləri, turizm və avtomobillərlə bağlı məlumat almağa üstünlük verirlər.
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Asif Rzayev bildirib ki, süni intellekt bir çox sahədə faydalı olsa da, onun təqdim etdiyi məlumatlar hər zaman tam etibarlı hesab edilə bilməz.
Onun sözlərinə görə, süni intellekt xüsusilə proqramlaşdırma, riyaziyyat, statistika və faktlara əsaslanan texniki mövzularda daha yüksək dəqiqlik nümayiş etdirir.
"Bu sahələrdə doğru və yanlış anlayışı daha aydındır və məlumat bazası kifayət qədər genişdir. Lakin psixologiya, ailə münasibətləri və emosional mövzular kimi fərdi yanaşma tələb edən sahələrdə süni intellekt yanılma ehtimalına malikdir. Çünki o, məlumatları emal edir, lakin insan hisslərini yaşamır", - deyə mütəxəssis vurğulayıb.

Psixoloq İlahə Aslanova isə hesab edir ki, insanların şəxsi problemlərlə bağlı süni intellektə müraciət etməsinin əsas səbəblərindən biri onun 24 saat əlçatan olmasıdır.

Onun sözlərinə görə, süni intellekt məlumat axtarışı üçün sərf olunan vaxtı azaldır və istifadəçilərə anonim şəkildə sual vermək imkanı yaradır.
"Bəzi insanlar şəxsi və həssas mövzular barədə danışarkən anonim qalmağa üstünlük verirlər. Bununla belə, nəzərə almaq lazımdır ki, süni intellekt hər zaman doğru cavab vermir. Həddindən artıq istifadə isə insanların tənqidi düşünmə və araşdırma bacarıqlarının zəifləməsinə səbəb ola bilər", - deyə psixoloq bildirib.

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt gündəlik həyatı asanlaşdıran faydalı alət olsa da, təqdim etdiyi məlumatlara tənqidi yanaşmaq vacibdir.
Xüsusilə mühüm qərarlar qəbul edilərkən və ya həssas mövzularda əlavə mənbələrdən də istifadə olunması tövsiyə edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
17:52 26.09.2026
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
17:48 26.09.2026
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
17:43 26.09.2026
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 26.09.2026
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
17:25 26.09.2026
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
17:20 26.09.2026
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
Tramp: İran nüvə silahına sahib ola bilməz
17:10 26.09.2026
Tramp: İran nüvə silahına sahib ola bilməz
Kilian Mbappe zədələnib
17:04 26.09.2026
Kilian Mbappe zədələnib
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
16:56 26.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
16:53 26.09.2026
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
16:48 26.09.2026
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
16:45 26.09.2026
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
16:41 26.09.2026
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
16:34 26.09.2026
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
16:27 26.09.2026
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev
16:23 26.09.2026
“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev