Süni intellektdən sağlamlıq məsləhəti alanlara XƏBƏRDARLIQ - VİDEO

Süni intellektdən sağlamlıq məsləhəti alanlara XƏBƏRDARLIQ - VİDEO
SOSİAL
23:27 11.05.2026
534
Hər gün dünyada 40 milyondan artıq insan tibbi məsləhətlər üçün ChatGPT-yə müraciət edir. Eləcə də ölkəmizdə. Amma, bunu bilməliyik ki, süni intellekt başqa sahələrdə nə qədər işə yarayan məsləhətlər versə də sağlamlıqla bağlı verdiyi tövsiyyələr müxtəlif səbəblərdən ciddi fəsadlara səbəb ola bilər.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, istifadəçi simptomlarını dəqiq ifadə etməzsə süni intellekt proqramı diaqnozu səhv qoyar və yanlış müalicə metodlarına yönləndirər.

Pərvanə Vəliyev qeyd edir ki, bundan başqa xəstənin önəmli xəstəliyi yoxdursa süni intellekt səhvən ciddi bir diaqnoz da qoya bilər.

OXŞAR XƏBƏRLƏR