Super nənə (Video)

MARAQLI
08:45 10.02.2011
2159

Böyük Britaniyada hamı 75 yaşlı super nənədən danışır. Nort Hemton şəhərinin sakini Ann Timson təkbaşına zərgərlik mağazasını soymağa çalışan 6 nəfərlik dəstəni zərərsizləşdirə bilib. 


Belə ki, günün günorta çağı 6 oğlan çəkiclə mağazanın şüşələrini sındırmağa başlayıb. Şüşəni sındırandan sonra onlar vitrində olan zinət əşyalarını götürüb torbaya doldurmağa başlayıb. Bunları yoldan keçən bir necə nəfər izləsə də, heç kim müdaxilə etməyib. 75 yaşlı təqaüdçü qadından başqa... 

Bu zaman hadisə yerindən təxminən 100 metr aralıda rəfiqəsi ilə söhbət edən super nənə onların üzərinə şığıyıb. Qadın gəncləri çantası ilə döyməyə başlayıb. Qəfil hücumu gözləməyən gənclər çaşsalar da, heç biri ona cavab qaytarmayıb. Skuter ilə qaçmaq istəyən gənclər qadının zərbəsinin təsirindən yerə yıxılıb. Bir necə dəqiqədən sonra isə köməyə polis və yoldan keçənlər gəlib. 

"The Sun"a müsahibə verən pensioner özünün hərəkətini qəhrəmanlıq olduğunu düşünmür. Onu əsas təəccübləndirən məqam yoldan keçən və fiziki cəhətdən daha güclü olan kişilərin ona sadəcə tamaşa edərək, olayı telefona çəkməsi olub.

 

OXŞAR XƏBƏRLƏR