"Super-Star" öldü - FOTO

DÜNYA
08:12 20.07.2012
2752
Hindistan kinematoqrfiyasında ilk dəfə “Super-Star” ünvanını əldə etmiş aktyor Raceş Xan 69 yaşında vəfat edib.
AZXEBER.COM-un məlumatına görə, Mumbaydakı evində vəfat edən aktyorun yanında aktrisa arvadı Dimpl Kapadiya və 2 qızı olub.Qeyd edək ki, 1960-cı ildə romantik filmlərlə aktyorluq həyatına başlayan Xan az vaxt ərzində ölkədə populyar olur. Həyatı boyu 170-dən çox filmdə çəkilən Raceş Xan Bollivuddakı aktyorluq karyerasında bir çox mükafat qazanır.Aktyorluq həyatında qazandığı uğurlarla fenomen olan aktyor xüsusilə qadın pərəstişkarları tərəfindən çox sevilirdi. Hindistanda onun şəkli ilə evlənən və öz qanı ilə ona məktub yazan qadınların olması barədə ölkə mətbuatında xəbərlər yayılmışdı.
//anspress

OXŞAR XƏBƏRLƏR