Suraxanı uşaq evində müəllim şagirdin başına vurur - ŞOK VİDEO

Suraxanı uşaq evində müəllim şagirdin başına vurur - ŞOK VİDEO
SOSİAL
10:41 18.01.2020
9564
Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində müəllim tərəfindən azyaşlıya edilən zorakılığın videosu yayılıb. 

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, sözügedən görüntülər Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində lentə alınıb. Videoda göründüyü kimi,  müəllim uşağı səhv etdiyinə görə qınayır və daha sonra onun başına bir neçə dəfə vurur.

Hələlik yayılan video kadrlara rəsmi reaksiya yoxdur.
 
Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

O bildirir ki, uşaq evində onun övladına təzyiqlər göstərildiyi üçün bu Mirəlinin dərslərinə də təsir edir:

"Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.

Ə. Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyamıza göndərib. Kadrlarda uşaq evindəki qızların M. Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

Qeyd etmək lazımdır ki, bu, Bakıdakı uşaq evlərindəki uşaqlara qarşı ilk zorakılıq hadisəsi deyil. Bundan əvvəl media və sosial şəbəkə istifadəçiləri paytaxtdakı uşaq evlərində uşaqlara qarşı zorakılıq halları barədə dəfələrlə məlumat vermişdilər

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanı Roma Papasının dəfn mərasimində bu şəxs təmsil edəcək
11:49 24.04.2025
Rusiyanı Roma Papasının dəfn mərasimində bu şəxs təmsil edəcək
Azərbaycanda bu ailələr üçün ev tikiləcək
11:40 24.04.2025
Azərbaycanda bu ailələr üçün ev tikiləcək
"Sihirli annem"in aktrisasının oğlu anasının ölümündən danışdı
11:40 24.04.2025
"Sihirli annem"in aktrisasının oğlu anasının ölümündən danışdı
Lerikdə ağır qəza - Ölən və yaralananlar var
11:35 24.04.2025
Lerikdə ağır qəza - Ölən və yaralananlar var
“Norm Sement” zavodunda bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu
11:30 24.04.2025
“Norm Sement” zavodunda bədbəxt hadisə - Qadının barmaqları amputasiya olundu
Azyaşlı atasının maşınını aşırdı - Yaralılar var - VİDEO
11:28 24.04.2025
Azyaşlı atasının maşınını aşırdı - Yaralılar var - VİDEO
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
11:23 24.04.2025
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
Avropada Tesla satışları kəskin azaldı
11:21 24.04.2025
Avropada Tesla satışları kəskin azaldı
Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir
11:06 24.04.2025
Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir
Vatikanda qalmaqallarla gündəmdə olan kardinaldan səs tələbi
11:01 24.04.2025
Vatikanda qalmaqallarla gündəmdə olan kardinaldan səs tələbi
Tələbələrimiz qondarma erməni soyqırımı ilə bağlı tədbiri ləğv etdirdilər
10:45 24.04.2025
Tələbələrimiz qondarma erməni soyqırımı ilə bağlı tədbiri ləğv etdirdilər
“Kontakt” “Elmlər”ə gəldi - Açılışa özəl 60%-dək endirim
10:37 24.04.2025
“Kontakt” “Elmlər”ə gəldi - Açılışa özəl 60%-dək endirim
"İzləyici müğənninin ifasına baxmalıdır, bədən quruluşuna yox!" - Fuad Musayev
10:27 24.04.2025
"İzləyici müğənninin ifasına baxmalıdır, bədən quruluşuna yox!" - Fuad Musayev
ADNSU ilə Bolqarıstanın Cənub-Qərb Universiteti arasında memorandumu imzalandı - FOTOLAR
10:13 24.04.2025
ADNSU ilə Bolqarıstanın Cənub-Qərb Universiteti arasında memorandumu imzalandı - FOTOLAR
Anar Nağılbazın heç vaxt yayımlanmayan ifası üzə çıxdı - VİDEO
10:10 24.04.2025
Anar Nağılbazın heç vaxt yayımlanmayan ifası üzə çıxdı - VİDEO
Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
09:51 24.04.2025
Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya