Suraxanı uşaq evində müəllim şagirdin başına vurur - ŞOK VİDEO

SOSİAL
10:41 18.01.2020
9532
Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində müəllim tərəfindən azyaşlıya edilən zorakılığın videosu yayılıb. 

AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, sözügedən görüntülər Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində lentə alınıb. Videoda göründüyü kimi,  müəllim uşağı səhv etdiyinə görə qınayır və daha sonra onun başına bir neçə dəfə vurur.

Hələlik yayılan video kadrlara rəsmi reaksiya yoxdur.
 
Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

O bildirir ki, uşaq evində onun övladına təzyiqlər göstərildiyi üçün bu Mirəlinin dərslərinə də təsir edir:

"Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.

Ə. Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyamıza göndərib. Kadrlarda uşaq evindəki qızların M. Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

Qeyd etmək lazımdır ki, bu, Bakıdakı uşaq evlərindəki uşaqlara qarşı ilk zorakılıq hadisəsi deyil. Bundan əvvəl media və sosial şəbəkə istifadəçiləri paytaxtdakı uşaq evlərində uşaqlara qarşı zorakılıq halları barədə dəfələrlə məlumat vermişdilər

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"