Suriyada 2013-cü ildə Şərqi Ğuta bölgəsində kimyəvi hücumla əlaqəli olduğu güman edilən general-mayor Adnan Abbud Halvan saxlanılıb. Bu barədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab məlumat verib. Nazir açıqlamasında hücumun əsas fiqurlarından biri hesab edilən general-mayor Halvanın Terrorla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını açıqlayıb. Qeyd edək ki, 2013-cü ildə paytaxt Dəməşqin bir bölgəsi olan Şərqi Ğutada baş verən kimyəvi hücum yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdu. /APA