Suriyada kimyəvi hücumun əsas fiqurlarından biri saxlanılıb

Suriyada kimyəvi hücumun əsas fiqurlarından biri saxlanılıb
DÜNYA
02:34 30.04.2026
614
Suriyada 2013-cü ildə Şərqi Ğuta bölgəsində kimyəvi hücumla əlaqəli olduğu güman edilən general-mayor Adnan Abbud Halvan saxlanılıb.

Bu barədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab məlumat verib.

Nazir açıqlamasında hücumun əsas fiqurlarından biri hesab edilən general-mayor Halvanın Terrorla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 2013-cü ildə paytaxt Dəməşqin bir bölgəsi olan Şərqi Ğutada baş verən kimyəvi hücum yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdu.

/APA
OXŞAR XƏBƏRLƏR