Davudoğlu: ""Bir az da gözləyək, görək nə olur" demək doğru deyil"
Xarici işlər naziri Əhməd Davudoğlu Suriyadakı gərginliyin bütün qonşularına təsir edə biləcəyini söyləyib.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, "Euronews" kanalına açıqlama verən Davudoğlu Suriyada böhranın uzanmasının yalnız Türkiyəni deyil, bütün bölgəni çətin vəziyyətdə qoyacağını bildirib.
Nazir Suriyanın kritik geopolitik mövqeyə sahib olduğunu vurğulayıb: "Suriya qonşu ölkələrin hamısıyla əlaqə içərisindədir. Son dərəcə mühüm bir qonşumuzdur. Buradakı daha böyük gərginlik bütün qonşulara təsir etmə potensialına sahibdir. Yəni bu məsələni zamanın öhdəsinə buraxmaq, "bir az da gözləyək, görək nə olur" demək doğru deyil. Beynəlxalq birliyin bunun daha böyük bir qeyri-sabitlik mənbəyi olduğunu bilməsi və bunun qarşısını alması üçün hərəkətə keçməsi vacibdir".