Suriya dövlət başçısı Bəşər Əsədin anası da ölkəsini tərk edib. AFP-nin (Agence France-Presse) yaydığı məlumata görə, Enisə Əhməd Məxluf ötən il ölkədən qaçaraq Birləşmiş Ərəb Əmrliklərinə sığınan qızı Büşranın yanına gedib. Qeyd edək ki, Suriyanı pərdə arxasından idarə edən qadın kimi tanınan E.Ə.Məxlufun ölkəni tərk etməsi müxaliflərin də sevincinə səbəb olub.