Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları – FOTOLAR

Suriyaya qaçan azərbaycanlı qadın və uşaqları – FOTOLAR
Bütün Xəbərlər
17:27 16.01.2015
2500
Bir neçə gün öncə övladlarını da götürərək Suriyaya gedən qadının fotolarını əldə edilib. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Elnurə Beydullah qızı Məmmədova iki qızı, bir oğlu ilə Suriyaya qaçıb.
Elnurə Məmmədovanın qayınansının sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Elnurə Məmmədovanı Suriyaya getməyə təhrik edən anası digər qızının iki azyaşlı övladlarını da özü ilə aparıb.
Onların Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.
Qadınla birgə Suriyaya gedən övladları isə 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günay olub.
OXŞAR XƏBƏRLƏR