Sürücülər AYNA-dan niyə narazıdırlar? - "Qurum BNA-nın buraxdığı səhvləri düzəldir"

Sürücülər AYNA-dan niyə narazıdırlar? - "Qurum BNA-nın buraxdığı səhvləri düzəldir"
SOSİAL
16:24 05.03.2024
1522
Son günlər bəzi sürücülər qanunla nəzərdə tutulan parklanma xidmətindən - "AzParking"dən şikayətlənirlər. 
 
Habelə sürücülərin bir qismi parklanma olan ərazilərdə ödəniş edə bilmədikləri üçün həmin əraziyə təyin olunmuş "AzParking" xidmətinin əməkdaşlarından şikayətlənərək onları dayandıqları nöqtədə tapa bilmədiklərini qeyd edirlər. 
 
Bundan savayı, sürücülərin xeyli hissəsi yaşadıqları ərazilərdə parklanma talonu ala biləcəklər.
 
Görəsən, sürücülərin etirazları nədən qaynaqlanır, onları narahat edən hansı məqamlardır? 

Bəs yaşadıqları ərazilərdə parklanma talonu alacaq sürücülər üçün hansı güzəştlər tətbiq olunacaq?
 
Bütün bu sualların cavabını almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinə sorğu ünvanladıq.
 
Agentliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Tural Orucov saytımıza cavab olaraq bildirib ki, hazırda Bakı şəhərində müəyyən olunmuş 4 ödənişli parkinq zolağı mövcuddur: 

 

"Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, 1-ci, 2-ci və 3-cü zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. 4-cü zonada isə parklanma ödənişsizdir. Bu zonada infrastruktur yaradılacaq, lakin sürücülərdən parklanmaya görə ödəniş tələb olunmayacaq. Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. "Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur.

Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. 

Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən məlumat lövhəsi quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması isə mütləq və məcburi deyil".
 
Agentliyin səlahiyyətli şəxsi əlavə edib ki, ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
 
"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb".
 
Mövzuyla əlaqədar AZXEBER.COM-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov AYNA-nın hazırkı iş mexanizmini və işgüzar fəaliyyətini belə qiymətləndirib:

 

"Bakı Nəqliyyat Agentliyinin də (BNA) səlahiyyətlərinin AYNA-ya verilməsinə baxmayaraq bu qurum başqa bir qurumun yenidən formalaşması nəticəsində yaranmış daha geniş səlahiyyətlərə malik bir agentlikdir. BNA sonradan AYNA-ya tabe oldu. Düşünürəm ki, bu doğru addım idi. Çünki Bakı şəhəri və bölgələrdə nəqliyyat sistemini tənzimləyən vahid bir qurum olmalıydı. Bu da hazırda AYNA-dır. Çox təəssüf ki, BNA-dan qalan bəzi problemlər də miras kimi AYNA-ya qalıb. AYNA indi bu problemləri həll etməklə məşğuldur. Bilirik ki, BNA-nın aktiv fəaliyyətlərindən biri də parklanması məsələsi idi. Bu problemin həll edilə bilməməsi idi. Artıq cəmiyyətin təkidi ilə "AzParking" sistemi yaradıldı. Daha sonra BNA-nın buraxdığı bir çox səhvlərdən biri də velosiped yollarının piyada səkilərinin üzərində çəkilməsi, yolların daraldılması, "butulka effekti"nin yaradılması idi. Ümumiyyətlə, bir çox hallarda BNA Bakı şəhərində vətəndaşların hərəkətini sərbəst etməkdənsə, daha da qəlizləşdirirdi. Buna biz həm də sürücülərə qarşı yaradılan maneələrdən də misal çəkə bilərik. Sürücülərin dayanma-durmaya görə qanunsuz cərimələnməsini də qeyd edə bilərik. Bütün bunlardan sonra məlum olur ki, BNA-nın bir vaxtlar sürücülərə yazdığı aktiv cərimələrin hamısı qanunsuz imiş. Bunlar üzə çıxdı".
 
Ekspert bildirib ki, yaradılan "AzParking" xidməti Rusiya təcrübəsinin nəticəsidir:
 
""AzParking" sisteminin yaradılması Rusiya təcrübəsinin nəticəsidir. Bizim orijinal Azərbaycan mütəxəssislərinin təcrübəsi deyil. Belə praktika müxtəlif ölkələrdə var. Düzdür, hazırda həmin tətbiqin özü funksional deyil, amma vətəndaşlar getdikcə buna öyrəşməyə vərdiş edirlər. Ümid edirik ki, bu daha da mükəmməl olacaq. Həmçinin AYNA-ya aid olan nüanslardan biri də avtobus zolaqları dediyimiz ictimai nəqliyyatın yollarıdır. Həmin avtobus zolaqlarının da statusu yoxdur. Sözügedən zolaqlarda hansı nəqliyyat vasitələrinin hərəkət etməsi də müəyyənləşdirilməlidir. Zolağın eni, uzunu neçə metrdir? Bütün bu suallar məlum olmalıdır. Bu zolaqla mopedlər, motosikletlər, taksilər və digər nəqliyyat vasitələri də hərəkət edə bilməlidir. 
 
Biz sıx olaraq AYNA-nın mütəxəssisləri ilə diskusiyada oluruq. Təklif və iradlarımızı deyirik. Bəzən təkliflərimiz nəzərə alınır, bəzən alınmır. Hər halda biz hesab edirik ki, nəticə etibarilə, AYNA-nın fəaliyyəti qənaətbəxşdir. Cəmiyyətdə AYNA-ya qarşı BNA-ya qarşı olan neqativ fikir formalaşmır. Düzdür, çatışmazlıqlar var, lakin bu, o qədər də böyük problem yaratmır. Ən böyük problem isə nəqliyyata buraxılan avtobusların sayının azlığıdır. Burada özəl daşıyıcı şirkətllərin məsuliyyətsizliyi ön plana çıxır".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər