“Sürücülər hər vəziyyətə etiraz etməməlidirlər” - Nəqliyyat eksperti

“Sürücülər hər vəziyyətə etiraz etməməlidirlər” - Nəqliyyat eksperti
SOSİAL
13:54 29.04.2026
546
Gündəlik həyatımızda taksi xidmətlərindən istifadə zamanı şirkətlər tərəfindən müştərilərə müxtəlif endirimlər tətbiq olunur. Taksi tətbiqlərində müştərilərə təqdim olunan endirim kampaniyaları bəzən sürücülərin narazılığına səbəb olur. Xüsusilə, endirim məbləğinin sürücülərin qazancına təsiri ilə bağlı suallar gündəmə gəlir.

Məsələ ilə bağlı əsas sual isə budur ki, tətbiq olunan endirimlərin dəyəri sürücülərə kompensasiya edilirmi? 

Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, həmin endirim məbləğini şirkət sürücüyə kompensasiya edir:

"Taksi tətbiqlərində müştərilərə təqdim olunan endirim kampaniyaları sürücülərə şirkət tərəfindən kompensasiya edilir. Sürücüdən tutulan faizlərdə də bu məbləğ nəzərə alınaraq azalma tətbiq olunur. Beləliklə, müştəriyə verilən bonus sürücüyə şirkət tərəfindən geri ödənilmiş olur”.


Ekspert qeyd edib ki, bəzi sürücülər bu vəziyyətdən narazıdır:

"Müştəri endirimsiz ödəniş etdiyi zaman sürücüyə həmin məbləğ dərhal çatır. Ona görə də bəzi sürücülər bu vəziyyəti qəbul etmir. Bəzi sürücülər yalnız öz maraqlarını düşünərək hər şeyin onların xeyrinə olmasını istəyir. Lakin burada şirkətin maraqları və müştəri məmnuniyyəti də əsas götürülməlidir. Sürücülər hər vəziyyətə etiraz edə bilməzlər. Əgər şirkət bu cür endirim kampaniyaları tətbiq etməsə, müştəri sayı necə bol ola bilər?”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR