Sürücülük vəsiqəsini dəyişmək istəyənlərə bəd xəbər
Bütün Xəbərlər
11:20 29.09.2012
2363
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün rüsum tətbiq olunacaq. APA-nın xəbərinə görə, Milli Məclis bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edəcək. Bu xidmət üçün 15 manat məbləğində rüsum müəyyənləşdirilib.İndiyədək Azərbaycanda yalnız sürücülük vəsiqəsinin verilməsi üçün 15 manat rüsum alınırdı. Qanuna dəyişiklik qüvvəyə mindikdən sonra sürücülük vəsiqələri dəyişdirilərkən də eyni miqdarda vəsait tələb olunacaq.