“Şuşa ili” istiqamətində layihə qəbulu elan olunur!

GƏNCLİK
17:33 09.06.2022
1811

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli” elan edilməsi haqqında sərəncamını və gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını "Şuşa İli”nə həsr olunmuş layihə müraciətlərini  təqdim etməyə dəvət edir.

Layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsi ilə 30 iyun 2022-ci il tarixinədək təqdim olunmalıdır. Layihə təkliflərinə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatları (ppt formatında) mütləq əlavə olunmalıdır.

Təqdim olunacaq layihələrin mövzusu:

Azərbaycan Respublikasında "Şuşa İli”nin elan edilməsi ilə bağlı tədbirlərin təşkili.

  • Gənclərin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi
  • Şuşanın tarixi, mədəniyyəti, təbiəti, abidələri, özünəməxsus ənənələri barədə araşdırmalar
  • Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı
  • Əcnəbi tələbələrin və gənc tədqiqatçıların Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi
  • Şuşa şəhərində reallaşdırılacaq start-up layihələri

Təqdim olunacaq layihələrin formatı:

Təqdim olunacaq layihələr çərçivəsində Şuşanın tarixi və mədəni irsinin, işğal dövründə Şuşanın tarixi, dini, maddi mədəniyyət abidələrinə vurulmuş zərərin gənc tədqiqatçıların cəlb olunması ilə araşdırılması; Şuşanın onlayn və rəqəmsal alətlər vasitəsi ilə təbliği; Azərbaycanda və xarici ölkələrdə "Şuşa İli”nə həsr olunmuş gənclər tədbirlərinin təşkili; Gənclərin Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri və "Şuşa İli” ilə bağlı digər innovativ layihə formatları nəzərdə tutula bilər.

Layihələrin müddəti və məkana dair tələblər:

Layihələrin icra müddətinin 3 ay olaraq müəyyən olunması tövsiyə olunur.

Həmçinin, layihələrin icrası tam və ya qismən Şuşa şəhərində baş tutmalıdır.

Müraciət edən gənclər təşkilatlarına dair tələblər:

"Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən Müraciət edən gənclər təşkilatları aşağıda göstərilən xüsusi tələblərə cavab verməlidir:

  • son 2 il ərzində ən azı 3 layihə həyata keçirməlidir;
  • son 1 il ərzində fəaliyyəti ilə bağlı ətraflı hesabatı Fonda təqdim etməlidir;
  • qeydiyyatda olduğu şəhər/rayonda davamlı fəaliyyəti mövcud olmalıdır;
  • cəmiyyətə açıq olmalıdır və internet şəbəkəsində daim yenilənən veb-sayta və ya sosial şəbəkələrdə hesablara malik olmalıdır.

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

Fond tərəfindən maliyyələşdirilən layihəsinin icrası başa çatmış, lakin müqavilədə müəyyən edilmiş son tarixə qədər hesabatı Fonda təqdim etməyən gənclər təşkilatlarının müraciətlərinə baxılmır.

Layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış "Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən aparılır. 

MÜSABİQƏDƏNKƏNAR MALİYYƏLƏŞDİRMƏ ÜZRƏ SƏNƏDLƏR

  1. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası
  2. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən müsabiqədənkənar maliyyələşdirilmiş layihələrin icrasının yekunları ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısı
  3. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin icra planı forması
  4. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin büdcə Forması
  5. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilmiş layihənin tədbirlərinin proqramı Forması
  6. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyələşdirilən layihələrin təsviri hesabat Forması 
  7. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi və müsabiqədənkənar maliyyələşdirilən gənclər təşkilatlarının layihələri çərçivəsində malların (işlərin və xidmətlərin) alışı üzrə maksimal qiymət hədləri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb