Mayın 6-da “Gənclər və Dəyərlər”İctimaiBirliyininfacebook sosial şəbəkəsində “Ağdamdan Qarabağa” adlı qrupun təşkilatçılığı ilə Ağdamda, düşmənlə sərhəddə yerləşən hərbi hissələrin birində əsgərlərlə görüş keçirib.
“Gənclər və Dəyərlər” İctimai Birliyinin sədri Albina Rzazadənin AZXEBER.COM-a verdiyi məlumata görə, görüşdə həmçinin adı çəkilən qrupun üzvləri, “İrəli“ İB-nin nümayəndələri və Körpü gənclər təşkilatının sədri də iştirak etmişdir. Əsgərlərin vəziyyəti ilə maraqlanan gənclər əsgərlərimizdə vətənpərvərlik ruhunun yüksək olduğunun bir daha şahidi olmuşdur. Hərbi hissəyə Azərbaycan Respublikasının bayrağını hədiyyə edən gənclər sonda hərbi hissənin heyəti ilə xatirə şəkili çəkdiriblər.
Qeyd edək ki, ümumilikdə Şuşanın işğal günü ərəfəsində keçirilən bu görüşdə məqsəd, Əsgərlərdə və Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, 20 ildir ki işğal altında olan torpaqlarımızın azadlığına inamının və gənclərin hər an Ali Baş Komandanın əmrinə hazır olduğunun bir daha bariz nümunəsi idi.