“Şuşada olsaydım, Ərdoğana kəklikotu çayı dəmləyərdim” - Xalq artisti

“Şuşada olsaydım, Ərdoğana kəklikotu çayı dəmləyərdim” - Xalq artisti
MƏDƏNİYYƏT
16:17 16.06.2021
1313
"Dünən Şuşada olsaydım, ölkə başçılarına və birinci xanımlara kəklikotu çayı dəmləyərdim, Şuşa aşı hazırlayardım”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Firəngiz Mütəllimova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımının Şuşa səfərindən danışarkən deyib.

Aktrisa bildirib ki, ölkə başçıları və birinci xanımların görüşlərini böyük qürur hissi ilə izləyib:

"Şuşadakı görüşlərin, yoldakı söhbətlərin hamısına dəfələrlə baxdım. Çox böyük qürur hissi keçirdim. Cıdır düzündə Azərbaycan və Türkiyə rəqslərinin sintezi məni çox kövrəltdi. Bu səhnə tək düşmənə deyil, bütün dünyaya səs saldı.

Çox sevindim. Oradan kadrlar paylaşdım. Güc birlikdədir. Ölkə baçısının rəqsini izlədim. Hətta məmurlarımızı da rəqsə dəvət etdi. Çox sevincli idi. Bu, bizim ən böyük, ən uğurlu qələbəmizdir. Özü də biz bunu bayram günündə yaşadıq. Ürəyimdən keçdi ki, kaş yenə orada olardım. Sevincimdən səsli dedim ki, ilahi, yuxuma, ağlıma gəlməyən şeylər başımıza gəldi. Nə gözəl röyadır bu. Şuşaya bir dəfə gedib gəlmişəm, hələ də elə bilirəm ki, yuxu görürəm. Çünki mən 30 ildir ki, Şuşanı yuxularda görürdüm. İnanmıram özümə, deyirəm, ilahi, mən Şuşaya gedib gəlmişəm?

Ölkə başçılarını və onların Şuşaya səfərini görəndə dedim, nə yaxşı ki, evimizə, Şuşaya gəldilər. Özümü orada hiss edirdim. Orada olsaydım, qonaqlarımız üçün kəklikotu çayı dəmləyərdim, Şuşanın quşburunlu aşından hazırlayardım.

Ora səfərlər çox olacaq. Ən əsası mənim üçün bu idi. Orada olsaydım, Ərdoğana cansağlığı arzulayardım, müsəlman dünyasının başından əskik olmasın. Böyük qardaşımızdır. Mən sosial şəbəkədə də Ərdoğanı izləyirəm. Onun Qarabağa gediş-gəlişi azalmasın, ildə bir dəfə yox, 5-6 dəfə olsun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR