Şuşanın işğalının 20-ci ildönümü ‘Azərsun Holdinq’də yad edildi - FOTOLAR

Şuşanın işğalının 20-ci ildönümü ‘Azərsun Holdinq’də yad edildi - FOTOLAR
Bütün Xəbərlər
17:14 07.05.2012
1177

Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar şirkətlər qrupu Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə birgə “Vətən çağırır” başlıqlı silsilə tədbirlər keçirdi.

 Belə ki, may ayının 1-də start verilən aksiya çərçivəsində ilk olaraq Bakı Slavyan Universitetində Hüseynbala Mirələmovun qələmə aldığı, Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Güllələnmiş heykəllərin fəryadı” tamaşası nümayiş etdirildi. Daha sonra aksiya 2 may tarixində 53 saylı orta məktəbdə, 3-6 may tarixlərində isə bölgələrdə davam etdi. Teatr aksiya çərçivəsində Gədəbəy, Şəmkir, Qazax rayonlarında tamaşalar nümayiş etdirmişdir.

AZXEBER.COM-un məlumatına görə, may ayının 7-si isə “Azərsun Holdinq”də Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində millət vəkilləri, ictimaiyyətin nümayəndələri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov və Şuşa sakinləri iştirak etmişdir.

May ayının 8-i “Vətən çağırır” aksiyası Abşeron rayonunda davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR