Şuşanın işğalının 20 illiyi ilə bağlı qərar qəbul ediləcək
Bütün Xəbərlər
13:05 28.04.2012
1181
Milli Məclisin (MM) mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasda “Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” məsələ də müzakirə olunacaq.Belə ki, iclasda Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyi ilə bağlı müzakirələr aparılacaq, həmçinin qərar qəbul olunacaq. A. Təvəkküloğlu hazırda qəbul olunacaq qərar layihəsinin üzərində iş aparıldığını vurğulayıb.