Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır
SOSİAL
21:40 15.05.2026
612
Şuşada daha altı ədəd dördmərtəbəli yaşayış binası tikiləcək.

AZXEBER.COM-un Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq prosedur artıq tamamlanıb.

Belə ki, Şuşa şəhərinin D-5 massivində birinci mərhələ çərçivəsində altı ədəd dördmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur.

Tikinti işləri ilə bağlı "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi ilə "Diler İnşaat" QSC arasında müqavilə bağlanıb. Layihənin icrasına 12 milyon 984 min 241 manat vəsait ayrılacaq.
OXŞAR XƏBƏRLƏR