Türkiyə BMT TŞ-yə yenidən namizədliyini açıqlayıb

Türkiyə BMT TŞ-yə yenidən namizədliyini açıqlayıb
Bütün Xəbərlər
11:01 18.05.2011
1368

 

AZXEBER.COM-un xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyindən bu haqda məlumat verilib.əlumatda bildirilir ki,BMT-yə yenidən üzv olmaqda məqsəd qloballaşan dünyada baş verən hadisələrdə təhlükəsizliyin təmin olunmasına çalışmaqdır: "Birləşmiş Millətlərin Təşkilatının qurucularındanbiri də Türkiyədir, BMT qannunvericiliyində qanun və hədəflərin qüvvətli müdafiəçisi olaraq beynəlxalq problemlərin çox tərəfli əməkdaşlıq yoluyla həllini dəstəkləmişik. Türkiyə BMT gündəmindəki bütün mövzularda əsas rol oynamaqla BMT və digər əlaqədar beynəlxalq qurumlarda aktiv vəzifə və məsuliyyətləri üzərinə götürüb. Ölkəmiz bu istiqamətdə, bir tərəfdən beynəlxalq sülh, təhlükəsizlik, sabitlik və rifaha meyili artırmaq, digər tərəfdən insan haqqları, demokratiya və hüququn üstünlüyü kimi təməl qanun, dəyərlərin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görməklə daha da irəliləyəcək”.

Xatırladaq ki,Türkiyə 2009-2010-cu illərdə də BMT Təhlükəsizlik şurasına müvəqqəti rəhbərlik edib.

 

OXŞAR XƏBƏRLƏR