"Türkiyədə çox söyülmüşəm"

İDMAN
17:51 09.12.2010
2672

O, karyerası ərzində bir çox stadionda etirazla qarşılandığını bildirib: "Liverpul"da oynadığım mövsümdə "Arsenal"la qarşılaşmalarda azarkeşlər məni fitə basırdı. Hər dəfə top mənim ayağıma gələn kimi arenanı azarkeşlərin fit səsləri bürüyürdü, ancaq bu mənə mane olmurdu, əksinə daha da ruhlanırdım. Söyüş olmasa, bu barədə heç bir problemim yoxdur".

Həyatında ən çox söyüşü Türkiyədə eşitdiyini dilə gətirən Anelka bununla bağlı maraqlı fikirlər səsləndirib: "Hər yerdə azarkeşlərin hədəfinə çevrilə bilərsiniz. Ancaq Türkiyədə oynadığım zaman başıma gələnləri heç zaman unutmaram. Xüsusi ilə, derbi qarşılaşmalarda azarkeşlərin dayanmadan söyüş söyməsi, təhqir etməsi fitə basılmaqdan 100 dəfə pisdir. Futbol nəticə etibarı ilə bir oyundur, ancaq çox vaxt bunu unuduruq"./// premyerliqa.az

OXŞAR XƏBƏRLƏR