Türkiyədə iyunun 12-də keçirilən parlament seçkilərində iştirak etmək üçün 3 nazir vəzifəsindən istefa verib. Daxili işlər, ədliyyə və nəqliyyat nazirləri konstitusiyaya görə vəzifələrindən ayrılıb.
Seçkiyə qədər bu nazirləri əvəz edəcək şəxslərin kimliyi müəyyənləşib.
Ədliyyə naziri Sadullah Ərginin yerinə nazirlik aparatının rəhbəri Əhməd Qəhrəman, daxili işlər naziri Bəşir Atalayın yerinə aparat rəhbəri Osman Günəş, nəqliyyat naziri Binəli Yıldırımın yerinə isə aparat rəhbəri Həbib Soluk nazir olacaq.