Türkiyədə yaşayan azərbaycanlı model, barəsində şok xəbər yayanı məhkəməyə verir

ŞOU-BİZNES
10:17 03.02.2011
1935

Bir neçə gün əvvəl portalımızda 2007-ci ildə «Best Model of Türkiye» müsabiqəsinin qalibi olmuş Neslihan Öndərin azərbaycanlı modellə bağlı sensasiyon açıqlaması yayımlanmışdı. Türk mətbuatına istinadən verilən xəbərdə N.Öndər idda edirdi ki, həyat yoldaşı, «Adanaspor»un keçmiş oyunçusu Erkan Ergün onu döyüb. Boşanma iddiası qaldıran türkiyəli modelin açıqlamasında deyilib ki, əri onu 2010-cu ildə «Best Model of Azerbaijan» müsabiqəsinin qalibi olmuş Günya Musayeva ilə aldadıb. «Onunla birlikdə olduğunu hər yerdə danışır, birlikdə gəzir» deyə türkiyəli model bildirmişdi.

Xəbərdən bir neçə gün sonra Azərbaycan mətbuatına barəsində yazılan iddialı sensassiya ilə bağlı açıqlama verən Günay Musayeva məlumatı təkzib edib. O bildirib ki, Erkan Ergünlə onu heç bir münasibət bağlamır. O, sevdiyi insanın azərbaycanlı olduğunu bildirib:

«Mən həmin şəxslə xoşbəxtəm. Amma bu xəbər yanlış olduğu üçün məni çox narahat etdi. Eyni zamanda sevdiyim insanla aramızda söz-söhbət yaratdı».

G.Musayeva əlavə edib ki,  hazırda o, Moskvadadır. Bir neçə gündən sonra Türkiyəyə qayıdacaq və barəsində yazılan iddanı alt-üst etmək üçün məhkəməyə üz tutacaq.

«Bu xəbər mənim haqqımda xoşagəlməz söhbətə yol açıb. Ona görə də məsələnin məhkəmə yolu ilə həll olunmasına çalışacam. Həqiqət tezliklə üzə çıxacaq. Artıq bu barədə vəkilimlə söhbətim olub» - deyən azərbaycanlı model qeyd etdi ki, artıq Erkan Ergün ona telefon açaraq barəsində yazılan yalnış xəbərə görə ondan üzr istəyib. Model onu da vurğuladı ki, Neslihan belə bir iddianı ortaya atmaqla özünə reklam qazandırır. Model yanlış iddiaya görə, ondan təzminat tələb edəcəyini vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR