Türkiyənin “Samanyolu” televiziyası Ermənistanın uşaq qatili olmasını ifşa etdi

Bütün Xəbərlər
17:35 09.03.2011
1927

Türkiyə televiziyaları Erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində həlak olan, Azərbaycanın Ağdam rayonunun 10 yaşlı sakini Fariz Bədəlovun ölümü ilə bağlı sujetlər yayımlayıblar. AZXEBER.COM portalının məlumatında görə, Türkiyənin öndə gedən televiziyalarından “Samanyolu TV” “Azərbaycan-Ermənistan sərhədində növbəti gərginlik” başlığı ilə sujet yayımlayıb.  “Samanyolu TV” ilə yanaşı,  KanalD, ATV kimi tanınmış televiziyalarda Ermənistanın uşaq qatili olması haqqında ifşaedici sujetlər yayımlayıblar.

Xatırladaq ki, Fariz Arzu oğlu Bədəlov ötən gün saat 16.10 radələrində ermənilərin işğalı altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində həlak olub. F.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.

Onu da qeyd edək ki, Fariz Bədəlov qonşuya gedərkən erməni gülləsinə tuş gəlib.

OXŞAR XƏBƏRLƏR