ABŞ-da “Massachusetts Institute of Technology” universitetinin professoru olan Acemoğlunun assistenti Lauren Fahey bununla bağlı məlumat yayıb.
O, Daron Acemoğlunun Türkiyənin Parisdəki Daimi Nümayəndəliyinə Səfir təyin edilməsi ilə bağlı aldığı təklifdən böyük qürur duyduğunu, ancaq elmi işləri səbəbiylə bu vəzifəni qəbul etməsinin mümkün olmadığını həm Baş nazirliyə həm də Xarici işlər nazirliyinə bildirdiyini deyib.