Məlumata görə, bu gün günorta saatlarında Salyan şəhəri Y.Qasımov küçəsi, ev 6, mənzil 33 ünvanında, 1985-ci il təvəllüdlü Boboşoyeva Afiyat Taceddinovna asılmış vəziyyətdə aşkar edilib.
Tacikistan vətəndaşı olan Afiyat Boboşoyeva özünü qadın şərfi ilə dolabdan asaraq intihar edib.
Məlumata görə, qadının həyat yoldaşı Salyan rayonunda avtomobil yolu inşa edən şirkətlərdən birində çalışır.
Hələlik intiharın səbəbləri istintaqa məlum deyil.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.