Tahir Gozəl: “Qarabağ”a yeni transferlər lazımdır, bunun üçün büdcəmiz var

Tahir Gozəl: “Qarabağ”a yeni transferlər lazımdır, bunun üçün büdcəmiz var
İDMAN
12:38 26.09.2026
174
"Qarabağ” futbol klubunun heyətinin yeni futbolçularla gücləndirilməsinə ehtiyac var.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında "Qarabağ” FK-nın prezidenti Tahir Gozəl bildirib.

Tahir Gozəl komandanın hazırkı futbolçularının səviyyəsindən razı olduğunu, lakin yeni oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu qeyd edib.

"Tam razıyam ki, yenə də transfer lazımdır. Amma hazırda transfer pəncərəsi açıq deyil. Açılan kimi ‘Qarabağ’ın bunun üçün həm büdcəsi, həm də gücü var”, – Tahir Gozəl bildirib.

Tahir Gozəl qeyd edib ki, klubun əvvəlki uğurlarından sonra bir sıra aparıcı futbolçular komandadan ayrılıb və onların yerinə yeni oyunçular transfer olunub.

"Çox yaxşı futbolçular alınıb, mən futbolçularımızdan çox razıyam. Amma uyğunlaşma məsələsi zaman alır. ‘Qarabağ’a hər zaman olduğu kimi böyük ümidimiz var, gücümüz var”, – Tahir Gozəl əlavə edib.
OXŞAR XƏBƏRLƏR