Metropolitendən ANS PRESS-ə verilən məlumata görə, həmin müddət ərzində “20 Yanvar-Dərnəgül” və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların (“20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”) xidmətindən istifadə edə bilməyəcəklər.Həmin müddət ərzində qeyd olunan istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bu müddət ərzində Bakı Metropoliteninin qatarları “Həzi Aslanov-İçərişəhər” və “Həzi Aslanov-İnşaatçılar” istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.