Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Salatın Əhmədova həyat yoldaşı olan Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həbs olunacağı barədə yayılan məlumatlara qısa münasibət bildirib.
AZXEBER.COM-un məlumatına görə,S.Əhmədova Publika.az-a açıqlamasında Tağı Əhmədov barədə yazılanlardan xəbərsiz olduğunu söyləyib. O deyib: “Tağı Əhmədovun istintaqa çağırılmasından xəbərim yoxdur. İndi dərsdəyəm, ona görə də bu barədə heç nə bilmirəm”.
Xatırladaq ki, mətbuatda Tağı Əhmədovun istintaqa çağırılması barədə xəbərlər yayılıb.